EN

İngiltərədə qatarda bıçaqlı hücum nəticəsində xəsarət alanların sayı 11 ə çatıb

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə qatarda bıçaqlı hücum nəticəsində xəsarət alanların sayı 11-ə çatıb.

Bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunur ki, terror hücumu şübhələri təsdiqlənməyib.

Hücumdan dərhal sonra həbs edilən və cinayətdə iştirakına görə polis tərəfindən araşdırılan hər iki şəxs Böyük Britaniya vətəndaşıdır. Polis bildirib ki, onlardan birinin 32, digərinin isə 35 yaşı var. Şübhəlilərin adları açıqlanmır.

Bundan əvvəl bıçaqlı hücum zamanı 9 nəfərin yaralandığı bildirilirdi. Yaralılardan dördü artıq xəstəxanadan evə buraxılıb. İki nəfərin vəziyyəti ağır olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
moderator.az

3Sources