EN

“Kayzerslautern” yenə xal itirdi, Mahir isə... - gərginlik

Almaniyanın 2-ci bundesliqasında 11-ci turun oyunları keçirilir.

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” bir neçə dəqiqə əvvəl başa çatan oyunda Düsseldorf “Fortuna”sının qonağı olub.

Qonaqlar 55-ci dəqiqədə hesabı açsalar da, yenə son dəqiqələrdə qələbəni əldən veriblər – 1:1. Torsten Liberknext bu dəfə də Mahirin adını iştirak ərizəsinə salmayıb. Bəlkə də onun dayısı oğlunun intiharına görə gərginlik keçirdiyini nəzərə alıb. Hər halda, Mahirlə bağlı ümidverici nəsə yoxdu. Əslində qış fasiləsini gözləməkdən başqa çıxış yolu da yoxdu.

“Kayzerslautern” növbəti xal itkisindən sonra 6-cı pilləyə düşüb.

ORXAN

Chosen
45
1
football-plus.az

2Sources