EN

Simonyandan II Qareginə ÇAĞIRIŞ: “İstefa ver”

Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik 2026-cı il parlament seçkilərindən əvvəl baş verməlidir.

Musavat.com "Armenia Today" qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Simonyan qeyd edib ki, kilsə rəhbərinin dəyişdirilməsi seçkilərdən əvvəl siyasiləşdirilə bilməz və istefanın təxirə salınması ehtimalı müzakirə mövzusu ola bilməz.

O həmçinin bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:

“O, başa düşməlidir ki, işlərin alternativi olmadığı bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”, – Simonyan vurğulayıb.

Musavat.com

Chosen
8
12
musavat.com

10Sources