Berlində özünü partlatmağı planlaşdıran suriyalı şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, Bild nəşrinin məlumatına görə, şübhəlinin evində partlayıcı maddə və bomba hazırlamaq üçün lazım olan komponentlər tapılıb. O, bu materialları internet vasitəsilə sifariş edib. Hazırda onun partlayışı harada törətmək istədiyi araşdırılır.
Məlum olub ki, həmin şəxs Almaniyada 2023-cü ildən bəri “subsidiar müdafiə” statusu altında yaşayırmış. Bu status ona doğma ölkəsində həyatına real təhlükə olduğu üçün Almaniyada müvəqqəti yaşamaq icazəsi verib
Bizim.Media