EN

Rusiya çıxılmaz vəziyyətdə: Növbəti zərbə Türkiyədən gəldi

Qərb ölkələrinin Rusiya neft sənayesinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Türkiyədə bir neçə iri neft emalı zavodu enerji strategiyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Zavodlar Rusiyadan idxalı azaldaraq İraq, Qazaxıstan və digər region ölkələrindən daha çox xam neft almağa başlayıblar.

Məlumata əsasən, Türkiyənin ən böyük emal müəssisələrindən biri olan “SOCAR Türkiyə” dekabr ayı üçün Qazaxıstan, İraq və digər tədarükçülərdən gündəlik 77-129 min barel arasında dəyişən dörd partiya neft sifariş edib. Halbuki, sentyabr və oktyabr aylarında bu zavod Rusiyadan təxminən 210 min barel neft qəbul edirdi.

Eyni zamanda, Türkiyənin digər nəhəng enerji şirkəti “Tüpraş” da Rusiyanın “Urals” markasına bənzər keyfiyyətli xam neftin, o cümlədən İraqdan tədarükünü artırıb.

Mənbələrin bildirdiyinə görə, şirkətin iki zavodundan biri Avropa bazarına çıxış imkanını qorumaq məqsədilə Rusiyadan neft alışını tamamilə dayandıra bilər. Digər zavod isə Rusiyanın enerji ehtiyatlarını emal etməyi davam etdirəcək.

Chosen
47
1
editor.az

2Sources