EN

“Futbolçularım azarkeşlərə görə həyəcanlı idi” Kurban Berdıyev

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Misli-premyer liqasının 10-cu turunda “Turan Tovuz” “Şamaxı” üzərindı əzmkar qələbə qazandı. Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Təxmin etdiyimiz kimi ağır oyun oldu. “Şamaxı” çox güclənib. Hər oyun artırırlar. İkinci hissədə daha bütov oynadıq. Məncə, qələbəyə layiq idik.- İlk hissədə sönük oyun getməsini necə şərh edərdiz?- Həyəcan var idi. Azarkeşlərin qarşısında oynamağa görə həyəcan var idi.- Sanki bu qazonda oynamağa tələsdiz…- Hər şey aydındı. Oyunla bağlı danışaq.- “Turan Tovuz” liderdi. Amma yığmaya çağrılan yeganə oyunçusu Faiq Hacıyev də heyətdə yerini itirib…- Xahiş edirəm, oyunla bağlı danışaq. Kim güclüdüsə, o oynayır.- Rəqibin baş məşqçisi dedi ki, hər iki komanda bir xala layiq idi.- İkinci hissədə üstün idik. Qələbəyə daha çox layiq idik.- Müdafiə xəttindən razı qaldız? Xüsusən də Hakmandan…- Hakman çox həyəcanlıydı. İlk yarıda sadə səhvləri var idi. İkinci hissədə daha rahat oynadı.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources