EN

Luvr muzeyində oğurluğu xırda cinayətkarlar törədib - Paris Prokurorluğu - FOTO

Luvr muzeyində baş vermiş 102 milyon dollar dəyərində tarixi zinət əşyalarının oğurluğu peşəkar cinayətkarlar deyil, xırda cinayətkarlar tərəfindən törədilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Paris Prokurorluğu yayıb.

Məlumata görə, hadisə bir ay əvvəl baş verib. İstintaqın gedişatına əsasən, iki kişi yükqaldıran liftlə muzeyə yaxınlaşıb, pəncərəni sındıraraq vitrini dəmirkəsən alətlə açıb və yeddi dəqiqədən az bir vaxtda skuterlərlə hadisə yerindən uzaqlaşıblar.

Dörd şübhəlidən üçü artıq saxlanılıb. Onların arasında uşaqlı bir cütlük də var. Parisin şimalındakı kasıb qəsəbələrdən birində yaşayırlar. Lakin zinət əşyaları hələ tapılmayıb.

Prokurorluq vurğulayıb ki, bu şəxslər “yerli adamlardır” və onların hərəkətləri yüksək səviyyəli peşəkar cinayətkar qrupların fəaliyyət standartlarına uyğun gəlmir.

Prokuror Lora Bekkonun sözlərinə görə, oğurluqda iştirak edən şəxslərdən ən azı biri hələ azadlıqdadır və digər iştirakçıların da bu işdə rolu istisna edilmir.


Bizim.Media

Chosen
42
1
bizim.media

2Sources