EN

Lukaşenkodan əfv etdiyi müxalif baş redaktor barədə iddia - Belarus kəşfiyyatının əməkdaşıdır...


Belarus prezidenti Aleksandr Lukaşenko müxalif "Nexta" Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviçin Belarus kəşfiyyatının əməkdaşı olduğunu iddia edib.

2021-ci ildə "Ryanair" təyyarəsinin Minskə endirilərək Protaseviçin həbs edilməsi hadisəsini xatırladan Lukaşenko deyib ki, Protaseviç ölkə kəşfiyyatının əməkdaşı olub: “Onu saxlamaq üçün əməliyyat keçirməli olduq, halbuki buna ehtiyac yox idi. O, özü Yunanıstana getmişdi və oradakı kəşfiyyat zabitlərimizə bizi maraqlandıran məlumatları çatdırmışdı. O, yeni tapşırıqlarını aldqdan sonra Vilnüs vasitəsilə işlədiyi yerə qayıtmaq üçün təyyarəyə minmişdi".

2020-ci il etirazlarını geniş şəkildə işıqlandıran "Nexta"nın keçmiş redaktoru Protaseviç 2023-cü ildə 8 il həbs cəzasına məhkum edilmişdi, lakin qısa müddət sonra Lukaşenko tərəfindən əfv edilib.

TAHİR

Chosen
35
baki-xeber.com

1Sources