EN

“Turan Tovuz”dan qələbə, “Araz-Naxçıvan” məğlub oldu  – YENİLƏNİB 

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Bu görüş Tovuz təmsilçisinin qələbəsilə başa çatıb – 2:1.

Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş ev sahibinin qələbəsilə bitib – 3:2.

Qeyd edək ki, 10-cu turun son görüşündə “Qəbələ” “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.

2 noyabr (bazar) 

Misli Premyer Liqası, 10-cu tur

16:00. “Turan Tovuz” – “Şamaxı” 2:1

Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 3:2

Qol: Roi Kehat 17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (2:1), Ronaldo Vaskez 69 (2:2), Roi Kehat 78 (3:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

Chosen
24
15
idmanxeber.az

10Sources