İstanbul məhkəməsi Boğazda tarixi bir malikanənin 1868-ci ildə onu satın alan Rusiya İmperiyası diplomatı Nikolay Sveçinin varislərinə verilməsi barədə qərar verib. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Qəzet xəbər verir ki, "Təxminən 200 illik Tarabyadakı bir malikanə ilə bağlı 17 illik miras işi başa çatıb. O, 1868-ci ildə Rusiya səfirliyinin işçisi tərəfindən satın alınıb və Osmanlı İmperiyasından bəri Rusiya səfirliyinin qərargahı kimi istifadə olunub".
Səfirin bir fransız ailəsindən satın aldığı əmlakın təxminən 10 hektar ərazini əhatə etdiyi bildirilir. Hazırda onun dəyəri 1,5 milyard dollar qiymətləndirilir.
Sənədləri, diplomatik yazışmaları və beynəlxalq hüquq normalarını nəzərdən keçirdikdən sonra məhkəmə Rusiya Federasiyasının, Türkiyə Maliyyə Nazirliyinin və Vəqflər Baş İdarəsinin iddialarını rədd edərək diplomatın varislərinin xeyrinə qərar çıxardı.
Əziz Mustafa