EN

Estoniyada müharibə dövrünə aid bomba aşkarlanıb

Estoniyada Auvere kəndi yaxınlığındakı meşədə İkinci Dünya müharibəsindən qalma 250 kiloqramlıq hava-yer bombası tapılıb.

APA xəbər verir ki, bu barədə ERR telekanalı məlumat verib.

"Bazar günü səhər Təcili Yardım Mərkəzinə Auvere kəndində partlayıcı qurğunun tapılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn bomba zərərsizləşdirmə mütəxəssisləri bunun müharibədən qalma 250 kiloqramlıq hava-yer bombası olduğunu müəyyən ediblər. Sursat hadisə yerində məhv ediləcək", - deyə açıqlamada bildirilir.

Chosen
46
5
apa.az

6Sources