EN

Hansı qidalar dişləri daha çox ləkələyir?

Pomidor, çay, qəhvə, şərab, giləmeyvə və meyvə şirələrindəki rəng verən maddələr diş minasının rənginə güclü təsir göstərir.

Publika.az xəbər verir ki, bu barədə britaniyalı stomatoloq Hanna Kinsella məlumat verib.

O bildirib ki, bu məhsullarda turşuların miqdarı yüksəkdir:

"Turşular diş minasını zəiflədir və onun səthində xırda çatlar və boşluqlar yaradır.

Qırmızı şərab və pomidorlarda olan antosian və tanin kimi piqmentlər bu boşluqlara daha tez yapışır və dişlərin rəngini dəyişir".

Chosen
48
publika.az

1Sources