EN

ABŞ Energetika Nazirliyi nüvə sınaqlarının necə aparılacağını açıqlayıb

BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ-nin nüvə sınaqları sadəcə sistemlərin yoxlanılmasını əhatə edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bunlar nüvə partlayışları deyil, subkritik partlayışlar adlanır. Burada siz nüvə silahının bütün hissələrini sınaqdan keçirməklə nəticəni öyrənmiş olacaqsınız" - deyə, nazir əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Pentaqona digər nüvə güclərinin hərəkətlərini əsas gətirərək dərhal nüvə sınaqlarına başlamağı əmr edib. Qərar rusiyalı həmkarı Vladimir Putinin “Burevestnik” raketinin sınaqdan keçirilməsi ilə bağlı açıqlamaları fonunda verilib. ABŞ 1992-ci ildən bəri sınaqdan keçirməyib.

Chosen
79
50
teleqraf.com

10Sources