EN

“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”

style='margin-bottom:10px;'>

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda “Əl-Feyha”ya qarşı matçdan (2:1) sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı ulduz görüşdə dubl edib. Ronaldo matçdan sonra verdiyi açıqlamada bildirib:

“Bu, həm mənim, həm də komandam üçün möhtəşəm axşam idi. “Əl-Nasr” qalib gəldi, mən isə iki qol vurdum. Bu da vacibdir. Həmişə demişəm: idmanda uzunömürlülük yalnız ehtiras sayəsində mümkündür. Mən bu ehtirası hələ də yaşayıram. Qol vurum, ya yox, fərqi yoxdur, bu, mənim həyatımın bir parçasıdır və həmişə belə olub. 23-24 ildir futbol mənim həyatım deməkdir. Buna görə də ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”.

Qeyd edək ki, portuqaliyalı ulduz cari mövsümdə Pro Liqada keçirdiyi 7 oyunda 8 qol vurub.

Chosen
20
teleqraf.com

1Sources