BAKI, 2 noyabr. TELEQRAF
Türkiyə Super Liqasının XI turu çərçivəsində “Beşiktaş” və “Fənərbağça” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, “Tüpraş” stadionunda keçirilən oyun “sarı-lacivərdlilər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 5-ci dəqiqədə “qartallar”ın hücumçusu El-Bilal Ture açıb.
22-ci dəqiqədə Emirhan Topçu fərqi artırıb. Cəmi 4 dəqiqə sonra isə Orkun Kökçü qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyündən istifadə edən qonaqlar 32-ci dəqiqədə İsmayıl Yüksekin qolu ilə fərqi minimuma endirib. İlk hissənin əlavə edilmiş 3-cü dəqiqəsində isə Marko Asensio hesabı bərabərləşdirib.
Derbinin 83-cü dəqiqəsində fərqlənən Con Duran komandasına vacib qələbə qazandırıb.
Bununla da “Fənərbağça” xallarının sayını 25-ə çatdıraraq ikinci pilləyə yüksəlib. “Beşiktaş” 17 xalla altıncıdır.