ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq zəncirvari nüvə reaksiyası yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir.
Bu barədə ABŞ-nin Energetika Nazirliyinin rəhbəri Kris Rayt "Fox News"a müsahibəsində bildirib.
"Bəhs etdiyimiz sınaqlar test sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdığına və nüvə partlayışına səbəb ola biləcəyinə əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlardır", - o deyib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlayıb.