EN

İsrailin keçmiş hərbi prokuroru itkin düşdü

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Müdafiə Ordusunun (CAXAL) keçmiş baş hərbi prokuroru, general-mayor Yifat Tomer-Yeruşalminin avtomobili Tel-Əvivin şimalında, Herçliya yaxınlığındakı Kliff çimərliyi ərazisində tapılıb. Maşının içərisində, ehtimal ki, onun tərəfindən yazılmış məktub aşkarlanıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ordunun mətbuat xidməti məlumatı təsdiqləyərək bildirib ki, Tomer-Yeruşalmi hazırda itkin düşmüş şəxs kimi qeyd olunur. Baş Qərargah rəisi general Elay Zamir onun axtarışına bütün qüvvə və vasitələrin cəlb olunması barədə göstəriş verib. Hazırda xilasetmə xidmətləri və axtarış qrupları sahilboyu ərazidə əməliyyat aparırlar.

Xatırladaq ki, Yifat Tomer-Yeruşalmi 31 oktyabrda istefa verib. O, etiraf edib ki, İsrail əsgərlərinin Sde-Teiman bazasında fələstinli məhbusla amansız davranışını əks etdirən videogörüntüləri jurnalistlərə məhz özü təqdim edib. Sözügedən kadrlar ilk dəfə "Channel 12" tərəfindən yayımlandıqdan sonra İsraildə geniş ictimai rezonans doğurub və ultra-sağçı siyasətçilərin kəskin reaksiyasına səbəb olub.

İstefa məktubunda Tomer-Yeruşalmi qeyd edib ki, onun məqsədi cəmiyyətə göstərmək idi – ordu zorakılıq halları ilə bağlı araşdırma aparmalıdır, hətta söhbət Qəzza əsirlərindən getsə belə. Videomaterialın yayılmasından və əsgərlərin saxlanılmasından sonra radikal fəallar Sde-Teiman bazasına hücum edərək araşdırmaya etiraz aksiyası keçiriblər.

İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, Tomer-Yeruşalmi vəzifəsinə bərpa olunmayacaq, video sızması ilə bağlı istintaq isə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
axar.az

3Sources