Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm".
QOL.az sportal.az-a istinadla xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 10-cu turunun “Araz-Naxçıvan”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Hakimliklə bağlı fikriniz necədir?
- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlik haqda danışmağı xoşlamıram.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.