EN

Milyarderlər nə oxuyur? Cek Dorsinin siyahısı

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Yual Noy Harari. “XXI əsr üçün 21 dərs” İsrailli tarixçinin məşhur trilogiyasının «Sapiens» və «Homo Deus»dan sonra gələn üçüncü-sonuncu hissəsində yaxın keçmişin hadisələri təhlil olunaraq, yaxın gələcəklə bağlı proqnozlar verilir. Harari texnoloji yeniliklərin istər cəmiyyətin, istərsə də insanın həyatında hansı dəyişiklikləri yarada biləcəyini göstərir və mümkün təhlükələrdən qorunmaq üçün reseptlər təklif edir. Migel Ruis. “Dörd müqavilə” Meksikalı şaman, müəllim və yazıçı Migel Ruis bu kitabında göstərir ki, tərbiyənin insanda formalaşdırdığı şablon düşüncə tərzi onun xoşbəxtliyinə necə mane olur. Bu əngəli aşmaq üçün müəllif insana özü ilə 4 müqavilə imzalamağı təklif edir. Məsələn, sən həmişə özündən asılı olanı etməli və ehtimallar qurmamalısan. Heç bir şeyin şəxsinə qarşı yönəldiyini düşünməməlisən. Yaxşı olar ki, bunları müqavilə halına salıb, altına imza qoyasan. Ernest Heminquey. “Qoca və dəniz” Bu kitabın xüsusi təqdimata yəqin ki, ehtiyacı yoxdur. Qoca balıqçı Santyaqonun başına gələnlər insana təslim olmamağı, mübarizə aparmağı və məqsədə çatmaq üçün özündən asılı olan hər şeyi etməyi öyrədir. Göstərir ki, insan həm mübarizə apara, həm də özü ilə harmoniyada ola bilər. Və belə bir dərs keçir: Əgər sən həyatının ən böyük balığını tutmaq üçün dənizə çıxırsansa, gərək hər şeyə hazır olasan. Atul Qavande. “Çek-list. Faciəvi nəticələrə aparan axmaq səhvlərdən necə yan keçmək olar” Əksər uğursuzluqların və faciələrin kökündə insan amili durur. Ona görə də bu amilin son nəticəyə təsirini azaltmaq üçün müxtəlif metodlar mövcuddur. Onlardan birini amerikalı həkim, jurnalist Atul Qavande təklif edib. O, şəxsi intizamı həlledici amil sayır. Amma Qavande üçün “intizam” mücərrəd anlayış deyil, bir-bir yerinə yetirilməli olan bəndlərin silsiləsidir. Kitab praktik fəaliyyət üçün əla vəsait sayıla bilər. Tariyel Həsənov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
2
azvision.az

3Sources