Bakı. Trend:
ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlaraparır.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi təhliletdiyi peyk görüntülərinə istinadən xəbər verib.
Məlumata əsasən, sentyabrın 7-də Puerto Rikoda yerləşən ABŞHərbi Dəniz Qüvvələrinin Ruzvelt -Rouds Hərbi Hava Bazasındatikinti işləri başlanıb. Uçuş-enmə zolağına aparan yollardasəkilərin təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.
Bundan əlavə, ABŞ Amerika Virgin Adalarının tərkibində olanPuerto Riko və Sent-Krua şəhərlərində mülki hava limanlarıinfrastrukturunu genişləndirir. Bu ərazilər Venesueladan təxminən800 km (500 mil) məsafədə yerləşir.