EN

Bir gün zirvədə, sabah dibdə: Gələcəyin pulu, yoxsa əsəblərin sınağı?

Kriptovalyuta bəziləri tərəfindən "gələcəyin pulu", bəziləri tərəfindən isə "əsəblərin sınaq meydanı" kimi xarakterizə edilir. Virtual olmasına baxmayaraq, o, real dünyada ciddi təsir göstərməkdə davam edir. Bir gün qiyməti zirvədə, digər gün isə dibdə olan bu valyutaların ticarəti investorları həyəcanla izləməyə və bəzən çox yüksək risklərə atılmağa məcbur edir.

Kriptovalyutalar səbəbindən bəzi insanlar hətta həyatlarına son qoyublar. Buna baxmayaraq, bu sahəyə maraq hələ də azalmır.

Kriptovalyutaların gətirdiyi stres və psixoloji yük haqqında danışan kriptovalyuta investoru Murad Cəfərli uzun illərdir ki, bu bazarda fəaliyyət göstərdiyini bildirib. O, bütün sərmayəsini kriptovalyutaya yönəldib və qazanc əldə etməklə yanaşı, bu sahənin ona gətirdiyi gərginliyi də qəbul etmək məcburiyyətində qaldığını söyləyib:

"Kriptovalyutaların qiymətləri çox sürətlə dəyişir. Bir gün 10% itirə bilərsən, digər gün isə 20% qazana bilərsən. Bütün bu dəyişikliklər psixologiyanıza ciddi təsir edir".

İnvestor, həmçinin kriptovalyutaların həyatını dəyişdirdiyini və artıq yuxusuzluqdan və stresdən əziyyət çəkdiyini bildirib. O, bu bazarın hərəkətli və qeyri-sabit təbiətinin insanlar üzərində ciddi təzyiq yaratdığını vurğulayıb:

"Artıq 25 yaşımda yuxusuzluq problemi yaşayıram. Kriptovalyutalar mənim gündəlik həyatımın bir hissəsinə çevrilib və bu da sağlamlığım üzərində ağır təsir qoyur".

Ətraflı İTV-nin süjetində:

Chosen
33
12
musavat.com

10Sources