EN

İbrahim Tatlısesin oğlu atası ilə gərginliyin səbəbini açıqladı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses ilə oğlu Ahmet Tatlıses arasındakı gərginlik davam edir.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son aylarda ata-oğul münasibətləri məhkəmənin Ahmetə atasına yaxınlaşmağı qadağan etməsindən sonra daha da ağırlaşıb.

Bu qərar nəticəsində Ahmetin müğənniyə yaxınlaşmasının qarşısını almaq üçün ona elektron qolbaq taxılıb. İbrahim Tatlısesə də polisə hər hansı potensial pozuntu barədə dərhal məlumat verməsi üçün elektron monitorinq cihazı verilib.

Məşhurun övladı baş verənlərə münasiibətini bildirib və gərginliyin səbəbini açıqlayıb.

"Atam belə qərar verib və mən buna hörmətlə yanaşıram. Təxminən bir ildir ki, bir-birimizi görmürük və heç bir fiziki yaxınlıq yoxdur. Amma mən yenə də, bu qərara hörmətlə yanaşıram. Təxminən dörd ildir davam edən məhkəmə işi əmlak mübahisəsi deyil. Yeganə məqsədim bacı-qardaşlarımı və ailəmi qorumaqdır. Atamın bütün sərvətini 20 yaşlarındakı bir qıza vəsiyyət edəcəyini eşidəndə tədbir görməli oldum. Yeddi uşağı olan bir kişinin bu qərarı mənə çox yanlış gəldi. Bu iş heç də miras mübahisəsi deyil. İndiyə qədər mənə verilən tək şey soyadımdır və mən bunu qürurla daşıyıram", - deyə Ahmet Tatlıses bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
90
oxu.az

1Sources