EN

Paris prokuroru: Luvrda oğurluğu xırda cinayətkarlar törədiblər

Paris prokuroru Lor Bekkonun sözlərinə görə, Luvr muzeyində baş verən oğurluğu paytaxtın sosial cəhətdən zəif rayonlarından olan xırda cinayətkarlar həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bekko bildirib ki, saxlanılan şəxslərin əvvəlki cinayət təcrübəsi yalnız xırda oğurluqlarla bağlı olub və onların davranışı təşkilatlanmış cinayətkar qrupların metodlarına uyğun gəlmir.

“Bu, tipik təşkilatlanmış cinayət fəaliyyəti deyil. Onların addımları daha çox təsadüfi və təcrübəsiz davranışla xarakterizə olunur,” -prokuror qeyd edib.

Hadisənin peşəkarcasına planlaşdırılmadığını sübut edən əsas faktlardan biri də cinayətkarların qaçış zamanı imperatriça Evgeniyə məxsus qızıl və qiymətli daşlarla bəzədilmiş tacı yerə salmaları olub. Bundan əlavə, hadisə yerində DNT izləri ola biləcək alətlər də aşkarlanıb.
Chosen
28
2
sherg.az

3Sources