Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.
Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.