EN

Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə əmindir

Tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Ukraynadakı münaqişəyə son qoya bilər.

Reyting.az
xəbər verir ki, Donald Tramp bu barədə CBS telekanalına müsahibəsində bildirib.

Teleaparıcı Amerika liderindən münaqişəni qarşıdakı bir neçə ay ərzində həll edə biləcəyinə inanıb-inanmadığını soruşub. “Düşünürəm ki, biz bununla məşğul ola bilərik, bəli”, - deyə Ağ ev sahibi cavab verib.

“The Financial Times” qəzeti isə yazıb ki, Donald Tramp Moskvanın Vaşinqtona Ukrayna münaqişəsinin həlli tələbi ilə bağlı memorandum göndərməsindən sonra Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə görüşü ləğv edib.

Nəşrin yazdığına görə, Tramp Rusiyanın mövqeyinə heç də “heyran olmayıb”.

E. KAMAL
Chosen
5
1
reyting.az

2Sources