EN

Tramp İranın nüvə imkanlarına ehtiyacının qlmadığını iddia edir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranın hazırda nüvə imkanlarından məhrum olduğunu iddia edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika lideri CBS News-a verdiyi müsahibədə bildirib.

"Xeyr, onların nüvə imkanları yoxdur", - deyə qeyd edib.

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikası rəhbərliyi dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam etmək niyyətindədir və raket proqramının gələcəyini müzakirə etməkdən imtina edib.

13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saatdan az müddət sonra İslam Respublikası cavab hücumuna başlayıb. ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra Fordo, Nətənz və İsfahandakı İranın nüvə obyektlərinə zərbələr endirərək münaqişəyə qoşulub.

23 iyun axşamı İran Yaxın Şərqdəki ən böyük Amerika hava bazası olan Qətərdəki Əl-Udeyd hava bazasına hücum edib. Bunun ardınca Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs 24 iyunda qüvvəyə minib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
83
bizimyol.info

1Sources