EN

Serbiya polisi Belqradda iğtişaşların 37 iştirakçısını saxlayıb

Serbiya polisi Belqradda parlament binası qarşısında baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 37 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları iğtişaşlarda iştirak edən bütün şəxsləri müəyyənləşdirməyə və saxlamağa davam edir.

Prezident Aleksandar Vuçiç etirazçıları hökumət tərəfdarlarının çadırlarına pirotexniki vasitələrlə hücum etməkdə, eləcə də ölkənin yeddi şəhərində hakim Serbiyanın Tərəqqi Partiyasının ofislərinə hücumda təqsirləndirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələrdə bir polis əməkdaşı yaralanıb.

Chosen
17
1
ikisahil.az

2Sources