EN

İngiltərə klubu yayda gətirdiyi məşqçini qovdu - RƏSMİ

İngiltərənin "Sauthempton" klubu baş məşqçi Uill Still ilə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, Çempionşip klubu qərarını rəsmi saytı üzərindən açıqlayıb.

Klubun U-21-inin baş məşqçisi Tonda Ekkert əsas komandaya müvəqqəti rəhbərlik edəcək.

33 yaşlı ingilis Uil Stil yayda klubu təhvil almışdı. Onun sükanı arxasında olduğu müddətdə komanda 16 oyunda 4 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb. 

Ötən mövsüm Premyer Liqada çıxış edən "Sauthempton" Çempionşipə fəlakətlə başlayıb. "Müqəddəslər" 13 matçdan sonra 12 xalla hazırda turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb.

Chosen
26
1
fanat.az

2Sources