EN

Gürcüstan XİN: “Euronest bizə daxili siyasəti öyrətmək üçün yaradılmayıb” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib ki, Euronest Parlament Assambleyası Gürcüstan xalqına ölkənin daxili siyasətini necə aparmağı diktə edə bilməz.

Nazirin sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin Euronestin plenar iclasında iştirak etməmək qərarı tamamilə doğrudur. O bildirib ki, platforma əməkdaşlıq üçün yaradılıb, lakin artıq bu məqsədə xidmət etmir.

"Euronest sinif rəhbərləri birliyi deyil ki, qonşu ölkələrə daxili siyasətin necə aparılacağını öyrətsin. Gürcüstanda xalqın seçdiyi hakimiyyət var və bu, demokratik dövlətdir. Heç bir sənəddə Euronestin üzv ölkələrə belə münasibət göstərməsi nəzərdə tutulmayıb. Təəssüf ki, platforma son zamanlar bu istiqamətdə inkişaf edib. Gürcüstan nümayəndə heyətinin qərarı düzgün idi, çünki əməkdaşlıq üçün yaradılan, lakin artıq bu məqsədə xidmət etməyən platforma bizim üçün maraqlı ola bilməz," - deyə Boçorişvili vurğulayıb.

Qeyd edək ki, Euronest Parlament Assambleyası Gürcüstandakı son hadisələrə dair qəbul etdiyi qətnamədə "ölkədə demokratiyanın ciddi geriləməsinin müşahidə olunduğunu" qeyd edib. Gürcüstan parlamentinin nümayəndə heyəti Euronestin 12-ci plenar sessiyasında, İrəvanda keçirilən iclasda iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources