Bakı. Trend:
Bu həftəsonundan başlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günüilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.
Trend xəbərverir ki, 8 Noyabr - Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günüisə bazar gününə təsadüf edir.
Qanunvericiliyə əsasən, həftələrarası istirahət günləri və işgünü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həministirahət günü bilavasitə bayram günündən sonrakı iş gününəkeçirilir.
Bununla da, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesabolunacaq.