EN

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub, 20 nəfər ölüb - YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

07:42

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.

Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.

Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.

Chosen
22
9
apa.az

10Sources