EN

Kvaratsxeliya Fransa çempionatının rekordçusu oldu

PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya Fransa Liqa 1-i çərçivəsində keçirilən "Nitsa" ilə oyunda rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Xviça meydanın rəqibə aid hissəsində topa 85, cərimə meydançasında isə 17 dəfə toxunub. 

"WhoScored" statistik portalın hesablamasına görə, hər iki göstəri bu mövsüm Liqa 1-də rekorddur.

Gürcü vinger 2025-ci ilin əvvəlində 70 milyon avroya "Napoli"dən PSJ-yə keçib. 24 yaşlı futbolçu bu mövsüm klubun heyətində keçirdiyi 12 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

PSJ "Nitsa"ya yeganə qolla qalib gəlib. Paris komandası qələbə qolunu 90+4-cü dəqiqədə vurub ki, Kvaratsxeliya məhsuldar ötürmə müəlliofi olub.

Mirağa

Chosen
11
1
fanat.az

2Sources