"Onlar bizə qarşı çox pis davranırlar, təkcə narkotiklərlə deyil, həbsxanalardan, ruhi sağlamlıq müəssisələrindən ölkəmizə istəmədiyimiz yüz minlərlə insan göndəriblər."
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CBS-in "60 Minutes" proqramındakı çıxışında deyib.
Venesuela ilə bağlı danışan Tramp jurnalistlərin ABŞ-ın bu bölgəyə hücum edib-etməyəcəyi ilə bağlı sualını cavablandırmayıb.
"İstər doğrudur, istərsə də yox, mən bunu sizə deməyə meylli deyiləm. Bunu jurnalistlərə demirəm", - ABŞ lideri qeyd edib.