EN

Salah nadir Premyer Liqa uğuruna imza atdı

BAKI, 3 noyabr. TELEQRAF

Misirli futbolçusu Məhəmməd Salah “Liverpul”un heyətində bütün turnirlərdə 250-ci qolunu vurub.

Teleqraf xəbər verir ki, 33 yaşlı vinger buna Premyer Liqanın X turda “Aston Villa”ya 2:0 qələbə qazandıqları matçda nail olub.

O, Premyer Liqada 279 məhsuldarlığa (190 qol və 89 assist) imza atıb. Bu göstərici Londonun “Çelsi” klubunun əfsanəsi Frenk Lempardın (177 qol, 102 ötürmə) nəticəsi ilə eynidir.

Salah yalnız Ueyn Runi (311 məhsuldarlıq) və Alan Şirerdən (324) geri qalır.

Chosen
17
teleqraf.com

1Sources