EN

Qazaxıstan və Serbiyanın paytaxtları arasında birbaşa hava reysi açılıb

BAKI, 3 noyabr. TELEQRAF

Qazaxstan Prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya səfəri zamanı Qazaxıstan və Serbiyanın paytaxtları arasında birbaşa hava əlaqəsinin yaradılması barədə razılıq əldə olunub.

Teleqraf xəbər verir ki, layihə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstanın Serbiyadakı səfirliyinin dəstəyi ilə mümkün olub.

“Astana və Belqrad arasında birbaşa reyslərin açılması Qazaxıstan və Serbiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır. Yeni marşrut iki ölkə arasında biznes, turizm və mədəni əməkdaşlıq üçün yeni imkanlar açır”, - Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Talqat Lastayev qeyd edib.

Qazaxıstan və Serbiya arasında vizasız gediş-gəliş mövcuddur. Uçuş müddəti 5 saat 40 dəqiqədir. Bu marşrut üzrə yüksək tələbat gözlənilir, ilk reysdə 92 sərnişin olub.

Astana-Belqrad-Astana reysləri həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) müasir Boeing 737 təyyarələri ilə həyata keçirilir.

Chosen
71
teleqraf.com

1Sources