Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
***
07:42
Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.
Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.
Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.