EN

Ermənistanın katolikosunun qardaşı və onun oğlu həbs oluna bilər

BAKI, 3 noyabr. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan istintaqa ifadə veriblər.

Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Ara Zohrabyan məlumat yayıb.

“İndi qərarı gözləyirik ki, ya 12 saat ərzində məhkəməyə həbs qərarı üçün müraciət olunacaq, ya da azadlığa buraxılmalıdır”, - o qeyd edib.

Ermənistan İstintaq Komitəsinin noyabrın 2-də verdiyi açıqlamasına əsasən, cinayət işinin ilkin istintaqı çərçivəsində iki nəfər barəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb.

Chosen
17
teleqraf.com

1Sources