ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Venesuela Prezidenti Nikolas Maduronun sayılı günləri qalıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatlar planlaşdırması haqda suala cavab vermək istəmədiyini bildirib.
“Ora (Venesuela hakimiyyəti — red.) bizə çox pis münasibət göstərir və təkcə narkotik məsələsində deyil. Onlar ölkəmizə yüz minlərlə insan göndəriblər, halbuki biz onları qəbul etmək istəmirdik. Onlar məhbuslarını azad edib bizə yolladılar. Bundan əlavə, onlar psixiatrik müəssisələrdə və ruhi xəstələr üçün sığınacaqlardakı insanları ABŞ-a göndəriblər. Bütün bunlar ölkəmizin tarixindəki ən pis prezident Co Baydenə görə baş verir”, — Tramp qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.