EN

Gürcüstana narkotik keçirən Ermənistan vətəndaşısaxlanıldı

Gürcüstana qanunsuz olaraq narkotik vasitə keçirən 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gücüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, “Sadaxlı” nəzarət-buraxılış məntəqəsində saxlanılan şəxsin idarə etdiyi avtomobilə keçirilmiş ətraflı baxış zamanı xüsusilə külli miqdarda – bir kiloqrama yaxın “klefedron” narkotik vasitəsi aşkarlanıb.

Ermənistan vətəndaşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanılması, Gürcüstan ərazisinə qeyri-qanuni yolla gətirilməsində ittiham olunur. Bu cinayət əməli 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Chosen
26
5
redaktor.az

6Sources