EN

Rafael Hüseynov Antalyaya səfər edəcək

Noyabrın 3-dən 5-dək Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov iştirak edəcək.

Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi nəzərdə tutulur.
 

Chosen
26
7
modern.az

8Sources