EN

İsrailə daha üç girovun cəsədi qaytarılıb

İsrail Milli Məhkəmə Tibbi Ekspertizası İnstitutu Qəzza zolağından qaytarılan daha üç israilli girovun qalıqlarının identifikasiyasını tamamlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Bəyanatda bildirilir ki, şəxsiyyətin müəyyənləşdirilməsi başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələrinin nümayəndələri ölən girovlar – polkovnik Asəf Həmami, kapitan Ömər Maksim Neytra və baş çavuş Oz Danielin ailələrinə yaxınlarının qalıqlarının qaytarıldığını bildiriblər.

Qeyd edək ki, 9 oktyabrda İsrail və HƏMAS ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə təqdim edilən sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Atəşkəs razılaşması 10 oktyabrda qüvvəyə minib.

13 oktyabrda HƏMAS sağ qalan 20 israilli girovu azad edib, habelə dörd əsirin cəsədini İsrail tərəfinə təhvil verib. Sonrakı günlərdə daha bir neçə cəsəd geri qaytarılıb.

Hazırda Qəzza radikalları öldürülmüş 20 girovun qalıqlarını İsrailə təhvil verib, daha səkkiz nəfərin cəsədini isə hələ saxlayır.

Chosen
41
operativmm.az

1Sources