EN

Mustafa Destici: Azərbaycan bizim qırmızı xəttimizdir

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmadan bizim Ermənistanla əlaqələrimiz normallaşa bilməz. Burada dolayısı ilə qərarı verən Azərbaycandır. Azərbaycan bizim qırmızı xəttimizdir".

Bunu Oxu.Az-ın sualına cavab olaraq Bakıya səfəri çərçivəsində təşkil olunan mətbuat konfransında Türkiyənin hakim Cümhur İttifaqında təmsil olunan Böyük Birlik Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Destici deyib.

O bildirib ki, Türk millətinin də qərarı bu istiqamətdədir:

"Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra Ermənistanın mövqeyi də dəyişib. Ona görə də bu ölkə Qarabağ xəyalını unutmalıdır".

"Zəngəzur dəhlizi isə bütün türk dövlətləri üçün önəmlidir. Ermənistan da bu məsələdə öz razılığını bildirməlidir. Türkiyə bu məsələdə Azərbaycanın yanındadır", - deyə TBMM üzvü əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
oxu.az

2Sources