EN

ABŞ dünyanı 150 dəfə partlada bilər: Tramp hamını qorxutdu

ABŞ prezidenti Donald Tramp ölkəsinin “dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahına malik olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "CBS News"a müsahibəsində danışıb.

"Bizim hər bir ölkədən daha çox nüvə silahımız var. Məncə, nüvəsizləşdirmə ilə bağlı nəsə etməliyik", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp məsələni Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə müzakirə etdiyini bildirib.

"Bizim dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın çoxlu nüvə silahı var, Çinin də çox olacaq", - Tramp deyib.

Chosen
10
3
publika.az

5Sources