EN

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub

AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub.

Day.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eldar Əmirovun saxlanılması barədə ilkin olaraq "Manset.az" məlumat yayıb.

Chosen
44
12
day.az

10Sources