EN

TAİB və YAP Zəfər Gününü qeyd etdi - FOTOLAR

"Konstitusiya və suverenlik ili" çərçivəsində 8 Noyabr - Zəfər günü münasibətilə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə gənclərin, ağsaqqalların və Vətən müharibəsi qazilərinin görüşü keçirilib.

Missiya.Az xəbər verir ki, görüşdə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri, akademik Südeif İmamverdiyev, YAP Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər.

O da qeyd olunub ki, bu müharibədə Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi.

Sonra Vətən Müharibəsi Qəhrəmanı mayor Zaur Hüseynov, II dərəcəli Vətən müharibəsi əlili polkovnik-leytenant Zöhrab Vəliyev, III dərəcəli Vətən müharibəsi əlili, "Azərbaycan Bayrağı" ordenli, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik-leytenant Taleh Əliyev xatirələrini görüş iştirakçıları ilə bölüşüblər.Daha sonra qazilərə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin təşəkkürnamələri və hədiyyələri təqdim olunub.Görüş çərçivəsində səmimi söhbət səhər yeməyi süfrəsi arxasında davam etdirilib.

Chosen
35
missiya.az

1Sources