EN

Kamçatkada 6,2 maqnitudalı zəlzələ baş verib

Bakı, 3 noyabr, AZƏRTAC

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında 6,2 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar regionun paytaxtında da hiss olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialından məlumat verilib.

Zəlzələ noyabrın 3-də Moskva vaxtı ilə saat 10:10-da Petropavlovsk-Kamçatka şəhərindən 154 kilometr aralıda baş verib. İlkin məlumata görə, regionun paytaxtında yeraltı təkanın intensivliyi 3 bal gücündə qiymətləndirilir.

Daha sonra, Moskva vaxtı ilə saat 10:19-da Petropavlovsk-Kamçatka şəhərindən149 kilometr aralıda 21,4 kilometr dərinlikdə 5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

 

Chosen
13
azertag.az

1Sources