EN

Qarabağ ermənilərindən 22 min nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib

30 oktyabr 2025-ci il tarixinə olan məlumata görə, Dağlıq Qarabağdan (keçmiş - red.) könüllü sürətdə gedən şəxslərdən 21916 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib.

Herbiand.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclasında bildirib.

Nazir qeyd edib ki, onlardan 14064 nəfər artıq vətəndaşlıq alıb: “Həmçinin, pasportlaşdırma yolu ilə 7191 yetkinlik yaşına çatmayan şəxs artıq Ermənistan vətəndaşlığını alıb”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
56
herbiand.az

1Sources