"Kəpəz"in futbolçusu Fərid Nəbiyev Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, o, "Neftçi"yə 1:5 hesabı ilə məğlub olduqları oyunda bu rəqəmə çatıb.

Fərid bu oyunlarda 14 qola imza atıb.

Onun debütü 2016/2017 mövsümündə "Qəbələ"də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. "Kəpəz"də 40 (6 qol), "Turan Tovuz"da 31 (6 qol), "Səbail"də 28 (2 qol), "Qəbələ"də 1 matça çıxıb.