EN

Çalışdığı şirkətin 800 min manatdan çox pulunu mənimsəməkdə təqsirləndirilən qadına hökm oxunub

"Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən həmin şirkətin sabiq baş mühasibi Samirə Zeynalova 8 il müddətə azadlıqdan məhrum edilib.

Aznews.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) maddəsi ümumi ittihamdan xaric edilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə üzrə Samirə Zeynalovaya cəza təyin olunmayıb.

Chosen
38
aznews.az

1Sources