EN

Çin avtomobilləri qəzadan sonra niyə bu vəziyyətə düşür? Avtoekspert İZAH ETDi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycana gətirilən bəzi Çin istehsalı avtomobillərin qəza zamanı gördüyü zərər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, radio aparıcısı Elgün Xıdırov paylaşdığı videoda bu məsələyə diqqət çəkib və avtomobilin qəza anındakı dayanıqlılığını nümayiş etdirib.

Video materialda Elgün Xıdırov “BYD” markalı avtomobillə bağlı maraqlı nüansı izah edir. Onun sözlərinə görə, avtomobil ön hissədən aldığı zərbədən sonra bir neçə detal tamamilə sıradan çıxıb. Hətta metal konstruksiyanın bükülməsi və bəzi hissələrin cırılması görüntülərdə aydın bilinir.

Mütəxəssislər bildirirlər ki, bu cür hallar bəzən avtomobilin istehsalında istifadə olunan materialların keyfiyyəti və konstruksiyanın elastikliyindən qaynaqlanır. 

Xüsusilə Çin istehsalı modellərin təhlükəsizlik göstəricilərinə, konstruksiya keyfiyyətinə və beynəlxalq sınaq nəticələrinə diqqətlə baxsınlar.

Avtomobilin dizaynı, interyeri gözəl ola bilər, amma əsas məsələ onun qəza anındakı dayanıqlığıdır. Bu, həyat məsələsidir.

Videogörüntüləri təqdim edirik və avtomobil həvəskarlarına da tövsiyə edirik ki, Çin markalı avtomobil seçərkən bu kimi məqamlara xüsusi diqqət yetirsinlər.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
avtosfer.az

1Sources